Biz buna qadirik, Rusiyanı qabaqlamalıyıq

11 İyul 2024 13:33

NATO ölkələri Rusiyanın silah və sursat istehsalı ilə ayaqlaşa bilmək üçün sənaye istehsalını artırmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden NATO sammitinin açılış sessiyasında deyib.

"Biz ittifaqın geridə qalmasına icazə verə bilmərik. Bütün NATO üzvləri sənaye imkanlarını genişləndirməyə sadiqdirlər. Biz daha kritik müdafiə vasitələrini daha tez istehsal edə biləcəyik", - Bayden qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun