"Alf"ın aktyoru vəfat etdi

11 İyul 2024 13:17

Yadplanetli "Alf" haqqında çəkilən Amerika komediya serialında "Brayan Tanner" adlı oğlan rolu ilə tanınan amerikalı aktyor Benci Qreqori vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor 46 yaşında dünyasını dəyişib.

Onun bipolyar pozğunluqdan, depressiyadan və yuxu pozğunluğundan əziyyət çəkdiyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun