Miri Yusif xanımından DANIŞDI

11 İyul 2024 12:22

Xalq artisti Miri Yusif həyat yoldaşı Nərgiz Mirbabayevadan danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki,  "Söhbət var" proqramına qonaq olan müğənni şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. 

"Sevdiyin insana hörmət bəsləməlisən. Sevginin 3 il ömrü var - inanmayın. 15 ildir biz bir yerdəyik. Allah bizə ömür versin 20, 25, ömürboyu birlikdə olaq. Sevginin zamanın, dövrü yoxdur. Dünya bunun üzərində qurulub. Sevgi duyğumuz olmasa, həyata niyə gəlmişik? Hamınıza deyirəm ki, sevin, sevilin. Sevgi böyük qüvvədir. Buna inanarkən gördüyünüz sevda içimizdədir" deyə, Miri Yusif əlavə edib.  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun