Konfrans Liqasında 2024/25 mövsümünə START

11 İyul 2024 09:58

Bu gün Konfrans Liqasında 2024/25 mövsümünə start verilib.

Milli.Az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyunları iki matçla başlayıb.

Günün qarşılaşmaları Bosniya və Herseqovina ilə Latviyada baş tutub. "Velej" öz meydanında "Eskaldes"lə heç-heçəyə razı olub. "Auda" isə 2:0 hesabı ilə qalib gəlib.

Mərhələnin ilk oyunlarına sabah yekun vurulacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları iyulun 18-də keçiriləcək.

Konfrans Liqası

I təsnifat mərhələs

İlk oyunlar

10 iyul
22:00. "Velej" - "Eskaldes" - 1:1
23:00. "Auda" - B-36 - 2:0

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun