Bu rayonda qaz olmayacaq

11 İyul 2024 09:15

"Ucar" və "Lək 1-ci xətt" qaz ölçü qovşaqlarından qidalanan Ucar şəhərini və rayonun 27 kəndini təbii qazla təmin edən müxtəlif diametrli qaz xətlərində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə 11.07.2024-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək "Ucar" ölçü qovşağından qidalanan "Əhali" orta təzyiqli qaz xəttindən və "Lək 1-ci xətt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının (Ucar şəhəri, rayonun 27 kəndi) qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun