Alimlər süni əti dada gətirdilər - FOTO

11 İyul 2024 09:00

Cənubi Koreya alimləri süni ətə əsl dad vermənin yolunu tapıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda saxta ət çəhrayı jele kimi görünür, lakin alimlər ümid edirlər ki, onların ixtirası adi ətə əsl alternativ ola bilər.

Belə ki, artıq süni ət əsli ilə eyni qida xüsusiyyətləri və dada malik olacaq.

Qeyd edək ki, süni ət laboratoriya şəraitində heyvan hüceyrələrini 3D karkaslarda becərməklə yetişdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun