Oyuncaq mağazalarında satılan kəsici lazerlər təhlükəlidir?

11 İyul 2024 08:41

Bəzi oyuncaq mağazalarında kəsici lazerlər satılır. Bu oyuncaq lazerlərin digərlərindən fərqi isə kağızı yandıraraq, deşmə gücünə malik olmasıdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar bildiriblər ki, sözügedən məhsulun satışı 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Qiyməti isə 70 manatdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, hər bir məhsulun üzərində mənşə sertifikatı olur və məhsul haqqında bütün məlumatlar qeyd olunur. Əşyanı alarkən həmin sertifikata baxıb təlimata uyğun istifadə edilməlidir. Bu cür ziyanverici lazerlərin uşaqlar üçün istifadəsi nəzərdə tutulmadığı üçün valideynlər daha diqqətli olmalıdırlar.

"Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun