Filippin sahilində güclü zəlzələ oldu

11 İyul 2024 07:17

Filippin sahilində 7,1 maqnitudalı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Mindanao adasının Zamboanqa şəhərindən 148 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 621 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun