Qarpız nə vaxt yeyilməlidir?

11 İyul 2024 07:39

Yayda yeməkdən sonra masaya adətən qarpız və yemiş verilir. Lakin bu, düzgün hesab edilmir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeməkdən dərhal sonra qarpız və ya yemiş yeyildikdə mədədə ağırlıq olur.

Bildirilib ki, həmçinin, qarpız və yemiş ağrılara səbəb olur, qıcqırma yaradır. Bu da həzm proseslərinə mane olur.

Dietoloqlar digər meyvə və giləmeyvələr kimi yemiş-qarpızı da yeməkdən 1 saat əvvəl və ya 1,5-2 saat sonra yeməyi tövsiyə edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun