Niderland - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlandı

11 İyul 2024 06:18

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında yarımfinal oyununun (1:2) ən yaxşı futbolçusu bəlli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, ingilislərin hücumçusu Olli Uotkins görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

28 yaşlı futbolçu 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun