Peyklər problem yaratdı: bəzi ölkələr Paşinyana müraciət etdi

11 İyul 2024 00:23

2022 və 2023-cü illərdə orbitə buraxılan Ermənistanın "Armsat-1" və "Hayasat-1" peykləri digər ölkələrin kosmik gəmilərinin fəaliyyətinə problem yaradır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Joqovurd" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir sıra ölkələrin hökumətləri bu peyklərin Yerə qaytarılması xahişi ilə Ermənistan Baş naziri Nikol Paşinyana müraciət ediblər.

Qəzet bunların hansı ölkələr olduğunu açıqlamayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun