Niderland - İngiltərə matçı öncəsi dava - Xəsarət alanlar var

10 İyul 2024 22:57

Avro-2024-ün yarımfinal matçından əvvəl Dortmundda niderlandlı azarkeşlər rəqib komandanın azarkeşlərinə hücum ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "BBC sport" xəbər yayıb.

Hücum nəticəsində beş nəfər xəsarət alıb.

Polisin məlumatına görə, bir qrup Niderland azarkeşi İngiltərə bayraqlarını oğurlamağa cəhd edib.

Hazırda ərazidə polisin iş rejimi gücləndirilib.

Qeyd edək ki, Niderland-İngiltərə qarşılaşmasının start fiti Bakı vaxtı ilə 23:00-da eşidiləcək. Cütün qalibi bazar günü baş tutacaq final görüşündə İspaniyaya rəqib olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun