Parkinsondan əziyyət çəkən Allahverdi Yolçuyev kamera qarşısında - VİDEO

10 İyul 2024 21:53

Xəbər verdiyimiz kimi, aktyor Allahverdi Yolçuyev beyin pili əməliyyatı keçirib. 

Milli.Az xəbər verir ki, parkinson xəstəliyindən əziyyət çəkən sənətçi Axşam.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini və evdə olduğunu bildirib:

"Pil açıldıqdan sonra əlimin əsməsi tamamilə keçib. Özümü yaxşı hiss edirəm. Amma mütəmadi olaraq nəzarətdə saxlamalıyam".

Sənətçinin əlindəki əsmənin dayanması ilə bağlı görüntülər isə "Həmin Zaur" proqramında yayımlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun