Bakı-Qazax yolunda zəncirvari qəza: yaralılar var

10 İyul 2024 21:37

Yevlaxda zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var.

Milli.Az Report-a istinadən xəbər verir ki, Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayonundan keçən hissəsində avtobus, kombayn və minik avtomobilinin iştirakı ilə zəncirvari avtomobil qəzası olub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun