2 ildən sonra boşandılar

10 İyul 2024 21:10

Məşhur ulduzlar Ceyson Momoa və Liza Bone iki il davam edən ayrılığın ardından boşanıb.

Axşam.az xəbər verir ki, ikili qarşılıqlı anlaşma ilə yollarını rəsmi şəkildə ayırıb. Onlar bir-birilərinə maddi dəstək olmayacaq, ortaq mal varlıqlarını bərabər böləcəklər. Həmçinin, Liza və Ceyson övladlarının ortaq qəyyumluğunu alıb. 

Qeyd edək ki, 2005-ci ildən münasibətdə olan cütlük 2017-ci ildə ailə həyatı qurub. Onların biri oğlan, digəri qız olmaqla 2 övladı var. Liza və Ceyson 2022-c ilin yanvarında ayrıldıqlarını açıqlamışdılar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun