Şiş kababı süfrəyə nə ilə vermək olar?

10 İyul 2024 21:04

Bir çoxları kababı süfrəyə təqdim etməkdə çətinlik çəkir. Çünki onun yanında elə qarnir seçmək lazımdır ki, həzmə problem yaratmasın. 

Milli.Az lent.az-a istinadən bildirir ki, kababın yanında ən yaxşı qarnir pomidordan hazırlanmış qəlyanaltıdır. 

Bəs, bunu necə hazırlamaq olar? 

Lazım olan ərzaqlar: 

Pomidor (kiçik) - 500 qram;

Zövqə görə reyhan (təzə);

Mozzarella pendiri - 150 qram;

Zövqə görə duz, qara bibər;

Kəklikotu - Bir çimdik;

Sarımsaq - 2-3 diş;

Soya sousu - 1 yemək qaşığı.;

Bitki yağı - 1 yemək qaşığı;

Bu resept üçün kiçik pomidorlardan istifadə etmək daha yaxşıdır. Onları 4 yerə bölün,  çox kiçikləri isə yarıya bölün. Sarımsağı süzgəcdən keçirin və göyərtiləri doğrayın. Tərəvəz və göyərti salat qabına tökün, siyahıya uyğun ədviyyatlar və doğranmış sarımsaq əlavə edin. Hər şeyin üzərinə sousu və bitki yağını tökün. Bir az dəmlənməsini gözləyin. Daha sonra kababla birlikdə süfrəyə verin.

Nuş olsun!
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun