Gəncədən Mingəçevirə çimməyə getdi, boğulub öldü

10 İyul 2024 20:43

Mingəçevir su anbarında çimən şəxs boğulub.

Milli.Az report-a istinadən xəbər verir ki,Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Ramiz Kazımov ailəsi ilə birgə Mingəçevirə istirahətə gedib, su anbarında çimərkən boğularaq dünyasını dəyişib.

Onun meyti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az