Sabir Rüstəmxanlının adı niyə siyahıda yoxdur?

10 İyul 2024 16:52

Adımın siyahıda olub-olmaması seçkilərdə iştirak etməyəcəyim anlamına gəlmir.

Milli.Az xəbər verir ki, bu sözləri globalinfo.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı adının partiyanın ilkin namizədlər sırasında olmamasına aydınlıq gətirərkən deyib.

O, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısının hələ tam hazır olmadığını bildirib:

"Tam siyahı 3-4 günə çıxacaq. Hazırda yalnız namizədliyini irəli sürmək istəyənlərin və ya dairələrə müraciət edənlərin adları açıqlanıb. Namizədliyimi irəli sürüb-sürməyəcəyimi yekun siyahı çıxdıqda görəcəksiniz. İndi bir söz deyə bilmərəm. Qərarımı 3-4 günə açıqlayacam. Namizədliyimi irəli sürə də bilərəm, sürməyə də... Hər şey ola bilər (gülür)".

Milli.Az