Naxçıvanda yeni poliqon yaradılacaq

10 İyul 2024 15:35

Naxçıvan Muxtar Respublikasında təhlükəli tullantıların zərərsizləşdirilməsi üçün yeni poliqonun yaradılması nəzərdə tutulur.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı yerli Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlıqlara başlayıb.

Poliqon muxtar respublikanın Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində yerləşəcək və 9 hektar sahəni əhatə edəcək.

Milli.Az