Pezeşkianın andiçmə mərasimi bu tarixdə olacaq

10 İyul 2024 14:58

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyul ayının 30-da keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki,  bunu İran mediasına açıqlamasında İran İslam Şurasının (Parlament) üzvü Müctəba Yusifi bildirib.

Qeyd edək ki, Prezidentin andiçmə mərasimindən sonra Pezeşkian yeni kabinet üzvlərini təsdiq olunması üçün parlamentə təqdim edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun