Tanınmış müğənninin evinə silahlı hücum

10 İyul 2024 14:41

Qonşusu görmə məhdudiyyətli gürcü müğənni Diana Qurtskayanın Moskvanın mərkəzindəki mənzilinə atəş açıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  hadisə nəticəsində ölən və yaralananlar olmayıb. Hadisədən sonra ifaçı Xamovniki rayon Daxili İşlər İdarəsinə ərizə ilə müraciət edib. Artıq hüquq-mühafizə orqanları atəş açan şəxsin kimliyini müəyyənləşdirib. Onun qonşu evin sakini olduğu üzə çıxıb.

Atışma Qurtskayanın Rujeynidəki evində baş verib. Ehtimal olunur ki, qonşu məşhurun ​​mənzilinə qəsdən atəş açmaq niyyətində olmayıb, hadisə təsadüfən baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun