Xamenei Təbrizə yeni imam təyin etdi

10 İyul 2024 14:21

İranın ali lideri Əli Xamenei Şeyx Əhməd Mötəhəri Əsli Şərqi Azərbaycan üzrə nümayəndə və Təbrizin imam cüməsi təyin edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb. 

Bildirilir ki, Xamenei bununla bağlı qərar imzalayıb.

Xatırladaq ki, bundan əvvəl Təbrizin imamı Məhəmməd Əli Haşemi olub. O, mayın 19-da İranda ölkənin sabiq Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli məmurlarla birgə helikopter qəzasında həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun