"Fənərbağça" bu futbolçu üçün 6 milyon avro verməyə hazırdır

10 İyul 2024 13:07

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Milli.Az report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Renn" komandasında çıxış edən Bertuğ Yıldırımla maraqlanır.

Türkiyə millisinin də şərəfini qoruyan 22 yaşlı hücumçu üçün bonuslar daxil 6 milyon avro təklif olunub.

Qeyd edək ki, Bertuğ Yıldırım 2023-cü ilin avqustunda "Renn"ə keçib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun