Tatarıstanda ekskursiya təyyarəsi qəzaya düşdü - 3 ölü

10 İyul 2024 12:17

Tatarıstanda "Cessna-17" tipli yüngülmühərrikli ekskursiya təyyarəsi qəzaya uğrayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kamskoye Ustye yaşayış məntəqəsində baş verib.

Təyyarənin göyərtəsində ümumilikdə 4 nəfər olub. Onlardan 3-ü həlak olub, daha bir nəfər isə yaralanıb. Ölənlərdən birinin uşaq olduğu bildirilir. 

Hadisənin detalları açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun