Ərdoğan Orbanla görüşdü

10 İyul 2024 11:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın Baş naziri Viktor Orban arasında görüş keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  görüş Vaşinqtonda NATO sammiti çərçivəsində baş tutub. 

Tərəflər iki ölkə arasında münasibətləri, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi, eləcə də regional və beynəlxalq mövzuları müzakirə ediblər. 

Ərdoğan danışıqlar zamanı qeyd edib ki, Türkiyə Ukrayna və Qəzza zolağında münaqişənin dayandırılması ilə bağlı səylərini davam etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun