Moped sürücüsü necə yıxıldısa... – Azərbaycanda FACİƏ

10 İyul 2024 11:24

Moped sürücüsü hərəkətdə olarkən yıxılaraq ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Gəncə şəhəri ərazisində qeydə alınıb.

1995-ci il təvəllüdlü Məmmədli Səyad Rauf oğlu idarə etdiyi mopedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb.

Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun