Türkiyədə qurulan Türkmənistan şirkətlərinin sayı azaldı

10 İyul 2024 11:22

2024-cü ilin yanvar-may ayında Türkiyədə Türkmənistan kapitalı ilə 23 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 şirkət azdır.

Milli.Az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 13,4 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 8,6 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (22) qeydiyyata alınıb.

"İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 11,9 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-may ayında Türkiyədə Türkmənistan kapitalı ilə 8 ticarət şirkət qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun