Daha bir yolda sürət həddi endirildi

10 İyul 2024 11:10

Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 61.5-ci kilometrliyində (Salyan rayonu, Marışlı kəndindən keçən hissəsində) hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədi ilə sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.

Bu barədə Milli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun