Fransanın keçmiş birinci xanımı dindirildi

10 İyul 2024 10:55

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin arvadı Karla Bruni-Sarkozi dindirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, keçmiş birinci xanım şahidləri ələ almaqda və cinayətkar qrupa qoşulmaqda ittiham edilir. Söhbət 2007-ci ildə prezident seçkiləri kampaniyasında Sarkozinin Liviya fondları vasitəsilə maliyyələşdirilməsi işindən gedir. Təhqiqat çərçivəsində Karla Bruni polis nəzarətinə götürülüb və onun prosesdəki digər şəxslərlə istənilən əlaqəsi qadağan edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun