Hindistanda avtobus qəzasında azı 18 nəfər öldü

10 İyul 2024 08:30

Hindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzasında azı 18 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd daşıyan maşına çırpılıb.

Ümumilikdə avtobusda 50 nəfər olub. Xəsarət alan 19 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

İlkin araşdırmalar avtobusun yüksək sürətlə hərəkət etdiyini göstərir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun