Fil turisti tapdalayaraq öldürdü

10 İyul 2024 07:50

Cənubi Afrikada Pilanesberq Milli Parkında fil həyat yoldaşı ilə səyahət edən ispaniyalı turisti tapdalayaraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "SUR" portalı məlumat yayıb.

Məlumata görə, turist altı fildən ibarət sürünün fotosunu çəkmək üçün maşından düşüb, bundan sonra heyvanlardan biri ona hücum edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun