Bakı və İrəvanla diplomatik işi davam etdiririk - Miller

9 İyul 2024 23:58

ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO sammiti çərçivəsində Vaşinqtonda görüşünün mümkünlüyü ilə bağlı Miller bu barədə məlumatlı olmadığını deyib.

Qeyd edək ki, iyulun 9-da NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb. Sammitdə Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edir.

Milli.Az