NATO Ukraynaya xüsusi nümayəndə təyin edəcək

10 İyul 2024 00:46

Şimali Atlantika Alyansı Kiyev və NATO arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri ilə məşğul olmaq üçün Ukraynaya xüsusi nümayəndə təyin edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində məlumat verib.

Onun sözlərinə görə, alyansın xüsusi nümayəndəsi NATO-nun Kiyev rəsmiləri ilə qarşılıqlı əlaqəsini də koordinasiya edəcək.

Milli.Az