8 Noyabr prospektində tunel tikilir

10 İyul 2024 00:16

8 Noyabr prospektində yeraltı tunel tikilir.

Milli.Az xəbər verir ki, bu barədə layihənin rəhbəri Raqif İsmayılov "İTV xəbər"ə açıqlamasında deyib.

O bildirib ki, COP29-la əlaqədar ərazidə bütün qurumlar özlərinə məxsus kommunikasiya xətlərini yenidən bərpa edirlər.

Onun sözlərinə görə, işlərin növbəti ayın ortalarında yekunlaşması nəzərdə tutulub.

Milli.Az