"Sağ qaldığım üçün üzr istəyirəm, amma..."

9 İyul 2024 22:00

Slovakiyanın Baş naziri Robert Fitso öz vəzifəsinə qayıdıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hökumət başçısı bu barədə sosial şəbəkədə paylaşım edib.

"Əziz mütərəqqi liberal media və müxalifət, sağ qaldığım üçün üzr istəyirəm, amma mən qayıtdım", - Fitso qeyd edib.

Xatırladaq ki, 59 yaşlı Robert Fitso mayın 15-də silahlı hücuma məruz qalıb.

71 yaşlı şair Yurai Tsintula ona yaxın məsafədən atəş açıb.

Milli.Az