İki rayonda internet işləmir

9 İyul 2024 21:43

Biləsuvar və Cəlilabad rayonları ərazisində internetin işində problem yaranıb.

Milli.Az bildirir ki, bu barədə report-a rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 7 saata yaxındır ki, internetdən istifadə etmək çətinləşib.

Müvafiq qurumlar tərəfindən problemin həlli istiqamətində iş aparılır.

Milli.Az