Şəlalə Məmmədova "Şöhrət" ordeni ilə təltif edilib
20 İyun 2012 01:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ş.A.Məmmədovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamdə deyilir.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova "Şöhrət" ordeni ilə təltif edilsin".
Milli.Az