Tehrandakı səfirliyimiz fəaliyyətini bu tarixdə bərpa edəcək

9 İyul 2024 17:15

Azərbaycanın İrandakı səfirliyi 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

"Azərbaycanın Tehrandakı səfirliyinin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi gözlənilir", - o vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Tehran hələ ki, İranın Azərbaycana yeni səfirini təyin etməyib.

XİN rəsmisi əlavə edib ki, səfirin təyinatına İranda yeni hökumət formalaşandan sonra baxılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun