Deputatlığa namizədliyi irəli sürülənlərin sayı açıqlandı

9 İyul 2024 17:07

155 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

Məzahir Pənahov deyib ki, 156 nəfərin namizədliyi irəli sürülsə də, sonradan onlardan 1-i namizədliyini geri götürüb.

"Deputatlığa namzidliyini irəli sürən 155 nəfərdən 71 nəfərin namizədliyi təsdiqlənib, onlardan 43 nəfərə imza vərəqi verilib", - o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun