“Qarabağ” bundesliqa klubuna UDUZDU - YENİLƏNİB

9 İyul 2024 16:29

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirir.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu "Viktoriya" (Plzen) ilə üz-üzə gələcək. Matça saat 20:00-da start veriləcək.

"Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

9 iyul

14:30. "Qarabağ" - "Kayzerslautern" - 1:3

Qollar: Yannis Heuer, 23 (0:1), Marlon Ritter, 39 (0:2),Boris Tomyak, 47 (0:3), Emin Cəfərquliyev, 70 (1:3)

20:00. "Qarabağ"- "Viktoriya" (Plzen)

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun