Pezeşkian sərvətindən danışdı: Təbrizdə evim, Urmiyada...

9 İyul 2024 15:51

Ürək cərrahı olmağıma və bu sahədə uzun illərlə işləməyimə, dostların təkidlərinə baxmayaraq, klinika açmaq və tibbi fəaliyyətlə məşğul olmaq üçün dövlətdən dəstək almamışam.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə İranın yeni Prezidenti Məsud Pezeşkian deyib.

O, bütün varidatının məlum olduğu və məlum olanlardan başqa heç nəyinin olmadığını söyləyib:

"Tehran və Təbrizdə evim var. Urmiyada isə maaşım hesabına bir bağ sahəsi almışam. Təqaüdə çıxandan sonra orada işləyib, yaşamağı düşünürəm. Bunlardan başqa heç bir sərvətim yoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun