Türkiyənin “Boyga” PUA-larının ilk ixracı oldu

9 İyul 2024 15:30

Türkiyənin "Boyga" Pilotsuz Uçuş Aparatlarının (PUA) ilk ixracı baş tutub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, sözügedən PUA-lar Afrika ölkələrindən birinə satılıb.

Texnikaların tədarükünün bu il ərzində başa çatması gözlənilir.

Qeyd edək ki, "Boyga" 2022-cu ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Bu texnikalardan terrorla mübarizədə, sərhəd əməliyyatlarında və beynəlxalq təlimlərdə fəal şəkildə istifadə olunur. "Boyga" sonuncu dəfə "EFES-2024" təlimlərində istifadə olunmuş və hədəfləri vurmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun