Erməni spiker bu iclasda iştirakdan imtina etdi

9 İyul 2024 15:14

Erməni spiker MDB Parlamentlərarası Assambleyasının iclasında iştirakdan imtina edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan parlamenti sədrinin köməkçisi Movses Arutyunyan bildirib.

Onun sözlərinə görə, parlamentin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak etməyəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun