Baş həkimin otağını yandıran xəstə SAXLANILDI - YENİLƏNİB

9 İyul 2024 15:50

Bakıda 9 saylı poliklinikada yanğın törədilib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyi isə məlumat yayıb ki, 9 saylı poliklinikada baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

-------

14:50

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.

Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun