KİV: Ermənistan peykləri fəzadan geri çağırılır

9 İyul 2024 11:53

Bir sıra ölkələr onlara aid peyklərin işinə mane olduğu üçün Ermənistanın "Ayasat-1" və "Armsat-1" peyklərinin fəzadan geri çağırılmasını tələb edib.

Milli.Az APA-ya istinadən bildirir ki, buna səbəb onların buraxılış prosesinə hazırlığının qeyri-peşəkar səviyyədə həyata keçirilməsidir.

Peyklərin orbitə buraxılması ilə bağlı işlərə təyinatından əvvəl ABŞ-də taksi sürücüsü işləmiş Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan rəhbərlik edib.

Qeyd edək ki, hər iki peykin buraxılma prosesi müvafiq olaraq 2022 və 2023-cü illərdə ABŞ Hərbi Hava Qüvvələrinin "Vandenberq" bazasından həyata keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun