“WhatsApp”da çat-botu redaktə etmək mümkün olacaq - FOTO

9 İyul 2024 12:53

"WhatsApp"ın 2.24.14.20 nömrəli beta versiyasında yeni funksiya ortaya çıxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ortaya çıxmış yeni funksiya istifadəçilərə Meta AI adlı çat-bot ilə fotoları bölüşmək imkanını verir. 

Süni zəka əsaslı bu çat-bot öz növbəsində istifadəçi tərəfindən təqdim edilmiş fotonu analiz edəcək və istifadəçiyə onun tərkibi barəsində konteksti və ya məlumatı təqdim edəcək. İstifadəçi hətta Meta AI vasitəsilə fotonu redaktə də edə bilər. İstifadəçilər Meta AI-ya öz fotoları barəsində suallar verə və çat-botdan fotodakı obyektləri, yerləri təyin etməyi istəyə biləcəklər. Met AI öz növbəsində istifadəçilərə fotoların redaktə edilməsi imkanını təklif edəcək. Məlumata əsasən bu yeni funksiya hələ hazırlanma mərhələsindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun