“Siyəzən Broyler”in həyətində insan sümükləri aşkarlandı

9 İyul 2024 10:11

Siyəzən rayonunda insan sümükləri aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sümüklər rayonun Beşdam kəndi ərazisində yerləşən "Siyəzən Broyler" ASC-nin həyətində qazıntı işləri görən zaman tapılıb. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun