Lənkəranda ağır qəza - xəsarət alan var

9 İyul 2024 09:15

Lənkəran şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Məmmədov Babək Vaqif oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı xəsarət alan B.Məmmədov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun