Ceyhun Bayramov ABŞ-yə getdi

9 İyul 2024 09:09

9 iyul 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

XİN-dən Milli.Az-a verilən xəbərə görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun