AZTV rəhbərinin UEFA-ya qarşı çıxışı gündəm oldu - VİDEO

9 İyul 2024 09:03

AZTV-nin rəhbəri Rövşən Məmmədov Merih Dəmiralın "Bozqurd" göstərməsindən sonra UEFA tərəfindən cəzalandırılmasına cavab verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, UEFA-nın simvolunun xoruz, Türk simvolunun isə boz qurd olduğunu bildirib.

"İndi biz nə edək? Bu, (xoruz) sizin rəmzinizdir, boz qurd isə bizim, Bizim sizin xoruzunuzla işimiz yoxdur, siz də bizim qurda barmaq uzatmayın", - o əlavə edib.

Rövşən Məmmədovun həmin çıxışı TRT Haber kanalının efirində yayımlayıb və Türkiyədə gündəmə çevrilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun